BAKI, 7 oktyabr. TELEQRAF

Litva hökuməti 2020-ci ildən Vilnüsdə yaşayan Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın şəxsi mühafizə statusunu aşağı salmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, Litva xarici işlər naziri Kestutis Budris bunu təsdiqləyib.

Nazirin sözlərinə görə, Tixanovskaya üçün şəxsi mühafizə polis mühafizəsi ilə əvəzlənib.

Nazirin sözlərinə görə, Tixanovskayanın şəxsi mühafizəsi oktyabrın əvvəlindən etibarən ölkə rəhbərliyin mühafizəsini də təmin edən xidmətdən Kriminal Polisi Bürosunun mühafizə bölməsinə ötürülüb.

Birinci qurum dövlət rəhbərlərinin təhlükəsizliyinə, ikinci isə həyatı və təhlükəsizliyi risk altında olan şəxslərin qorunmasına cavabdehdir.

LRT radiosunun məlumatına görə, belaruslu siyasətçinin təhlükəsizliyi Litva büdcəsinə ildə təxminən 1 milyon avroya başa gəlib.