BAKI, 26 sentyabr. TELEQRAF

Moldovanın Qaqauziya Muxtar Respublikasının keçmiş prezidenti, müxalif “Moldovanın Ürəyi” partiyasının sədri İrina Vlaxın Latviyaya girişi qadağan edilib.

Teleqraf xəbər verir ki, müvafiq qərar Latviya xarici işlər naziri Bayba Braje tərəfindən verilib.

Qərara əsasən, İrina Vlax Latviya Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Siyasətçinin Latviyaya giriş qadağası qeyri-müəyyən müddətə təyin olunub.

Əvvəllər oxşar qərarlar Litva, Polşa və Estoniya tərəfindən qəbul edilib.