BAKI, 10 sentyabr. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski ölkənin hava məkanına daxil olan bir neçə PUA ilə bağlı növbəti iki gün ərzində Milli Təhlükəsizlik Şurasının iclasını çağıracaq.
Teleqraf xəbər verir ki, bu barədə o, "TVP Info" kanalına açıqlamasında bildirib.
Prezident deyib ki, iclas zamanı hadisə ilə bağlı tam məlumat əldə ediləcək və uyğun tədbirlər görüləcək.
Karol Navrotski həmçinin NATO Baş katibi Mark Rütte və müttəfiq ölkələrlə əlaqədə olduğunu qeyd edib, PUA hadisəsini NATO tarixində misilsiz bir insident adlandırıb.
Xatırladaq ki, ötən gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələrini və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. Rusiya PUA-larının bəziləri sərhədi keçib.
Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.