BAKI, 13 avqust. TELEQRAF

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Tallindəki səfirliyinin diplomatik əməkdaşını “arzuolunmaz şəxs” elan edərək, ondan ölkəni tərk etməyi tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

“Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini ona Rusiya səfirliyinin birinci katibini “persona non-qrata” elan edən diplomatik nota vermək üçün çağırıb. Diplomat Estoniyanı tərk etməlidir”, - nazirliyin saytında dərc olunan bəyanatda deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomat Estoniyanın Konstitusiya quruluşu və hüquq sisteminin sarsıdılmasında birbaşa iştirak edib.