BAKI, 22 iyul. TELEQRAF

Rusiya zərbə pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa şəhərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri işə salınıb.

“Hücum nəticəsində infrastruktura ziyan dəyib, bir neçə yerdə yanğın baş verib”, - Vilayət Hərbi Administrasiyasının rəhbəri bildirib.

Oleq Kiperin sözlərinə görə, hücumların fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.