BAKI, 20 iyul. TELEQRAF
Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus bir sualtı qayıq və üç hərbi gəmi, 20 iyul - Şimali Kipr Türk Respublikasının Barış və Azadlıq gününün 51-ci ildönümü münasibətilə Şimali Kipri ziyarət edəcək.
Teleqraf xəbər verir ki, ŞKTC Təhlükəsizlik Qüvvələri Komandanlığının yaydığı açıqlamaya görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş tərkibinə daxil olan TCG I. İnönü sualtı qayığı (S-360), TCG İmbat sürətli hücum kateri (P-335) və TCG Bandırma patrul gəmisi (F-502) Şimali Kiprə səfər edəcək.