BAKI, 4 iyul. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı vəzifəsini təhvil alıb.

Teleqraf xəbər verir ki, komandanlığın təhvil verilməsinin rəsmi mərasimi Belçikanın Mons şəhərindəki NATO Baş Qərargahında baş tutub.

Mərasim ABŞ-nin bu gün qeyd olunan Müstəqillik Gününə təsadüf edib.

A.Qrinkeviç bu vəzifədə digər amerikalı general Kristofer Kavolini əvəz edib.