BAKI, 28 iyun. TELEQRAF
Rusiya ordusu Odessaya dronlarla zərbələr endirib.
Teleqraf xəbər verir ki, hücum nəticəsində şəhərdə yanğınlar baş verib, yaralılar var.
"Mülki infrastruktura, xüsusilə yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Zərbələrin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır", - Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper yazıb.
Vilayət rəhbəri yaralı sayının azı üç nəfər olduğunu açıqlayıb.