BAKI, 5 iyun. TELEQRAF
“İran heç vaxt nüvə silahına malik olmamalıdır”.
Teleqraf xəbər verir ki, bu açıqlama ilə Almaniya xarici işlər naziri Yohan Vadeful çıxış edib.
“İsrail hələ də təhdid altındadır. Ona görə də bu gün keçən il İsrailə misli görünməmiş pilotsuz təyyarələr və raketlər dalğası ilə hücum edən İran haqqında danışdıq. Heç kim şübhə edə bilməz ki, İranın nüvə proqramı ciddi təhlükədir, xüsusən də İsrail üçün. Biz İranın heç vaxt nüvə silahına malik olmaması qənaətindəyik”, - Vadeful İsrailli həmkarı ilə Berlində keçirilən birgə mətbuat konfransında deyib.
Vadefulun sözlərinə görə, Almaniya Fransa, Böyük Britaniya və ABŞ ilə diplomatik həll üzərində çalışır.
“İsrail Almaniyaya arxalana bilər”, - deyən Almaniya xarici işlər naziri vurğulayıb ki, yəhudi dövlətinin də dünyanın hər bir ölkəsi kimi özünümüdafiə hüququ var.