BAKI, 30 may. TELEQRAF
Ukrayna Müdafiə Nazirliyi Türkiyədən Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri verməsini və hərbi-sənaye kompleksinə sərmayə qoymasını xahiş edib.
Teleqraf xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşün nəticələrinə dair “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
"Müdafiə nazirinin birinci müavini Sergey Boyev Ukraynanın dəstəyə ehtiyac duyduğu əsas istiqamətləri açıqlayıb. Bunlar müdafiə-sənaye kompleksinə sərmayələr, texnikanın və HHM sistemlərinin tədarükü, hava hücumundan müdafiə üçün döyüş sursatları, əsas kalibrli mərmilərin tədarükü, uzaqmənzilli raket imkanlarımızın gücləndirilməsidir", - paylaşımda deyilir.
Bundan əlavə, Umerov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin Hakan Fidanı cəbhədəki vəziyyət barədə məlumatlandırdığını açıqlayıb.