BAKI, 30 may. TELEQRAF
“Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçiriləcək danışıqlar konkret nəticələr verə bilər”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, müharibə kritik dönüş nöqtəsinə yaxınlaşır.
“Vasitəçilik səylərimiz nəticəsində müəyyən irəliləyiş əldə edə bilərik. Mayın 16-da İstanbulda baş tutan danışıqlar diplomatik həll axtarışları üçün yeni imkanlar yaratdı. Proses İstanbulda daha da sürətlənməyə başladı. Tərəflər arasında burada əldə edilmiş əsir mübadiləsinə dair razılaşma sübut etdi ki, danışıqlar konkret nəticələr verə bilər”, - Hakan Fidan Kiyevdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında vurğulayıb.