BAKI, 29 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına oturmağa razı olmasa, ABŞ və Avropa İttifaqı görüləcək tədbirlərə hazır olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşündən sonra deyib.

Vadefulla Rubio arasında danışıqların əsas mövzusu Ukraynada müharibənin dayandırılması olub. Almaniyalı nazir bildirib ki, dərhal yerinə yetirilməli olan atəşkəs haqqında razılaşma var, Ukrayna buna hazır olsa da, Rusiya hazır deyil.

“Ona görə də, bu gün razılaşdıq: növbəti addımları yaxından əlaqələndirəcəyik ki, Putin nəhayət danışıqlar masasına otura bilsin”, - Vadeful vurğulayıb.

Almaniya xarici işlər naziri Marko Rubiodan da sitat gətirib: “Mənə söylədi ki, Putin imtina etməyə davam edərsə, tədbirlər görüləcək və Rusiya lideri buna hazır olmalıdır”.