BAKI, 27 may. TELEQRAF
Almaniya maliyyə naziri və vitse-kansler Lars Klinqbeyl Kansler Fridrix Mertsin Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatı ilə razılaşmır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Əvvəlki hökumətin (Olaf Şolts) bağladığından kənara çıxan yeni saziş yoxdur”, - siyasətçi bildirib.
Klinqbeyl məsələ ilə bağlı heç bir rəsmi dəyişikliyin olmadığını vurğulayıb.
“Hələlik Almaniya Ukraynaya heç bir uzaqmənzilli silah tədarük etməyib, ona görə də siyasi dəyişiklik ABŞ, Fransa və Britaniya raketlərinə şamil ediləcək”.
Vitse-kanslerin açıqlaması Fridrix Mertsin Ukraynaya Rusiya ərazisindəki hədəflərə Almaniya, Fransa, ABŞ və Britaniya silahları ilə zərbələrin endirilməsinə heç bir məhdudiyyətin olmadığını bəyan etməsindən sonra gəlib.