BAKI, 26 may. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi hamımızın təsəvvür edə biləcəyindən daha uzun sürə bilər.
Teleqraf BILD-ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts yerli WDR teleradio şirkətinin forumunda çıxışı zamanı deyib.
Merts atəşkəsə nail olmaq cəhdlərinin uğursuz olmasından sonra bu qərara gəldiyini açıqlayıb.
"Aydındır ki, Putin danışıqlar aparmaqla bağlı təklifləri zəiflik kimi qəbul edir. Əgər Rusiya rəhbərliyi hətta Vatikanda görüşmək təklifini də qəbul etmirsə, onda biz, ehtimal ki, bu müharibənin hamımızın istədiyindən və ya təsəvvür edə biləcəyimizdən daha uzun sürəcəyi ilə barışmalı olacağıq", - o bildirib.