BAKI, 26 may. TELEQRAF

Almaniya xarici işlər naziri İohann Vadepul Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı son şiddətli hava hücumlarından sonra ABŞ-ni atəşkəs əldə etmək səylərində aldatmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, o, baş verənlərin ABŞ Prezidenti Donald Trampa təhqir olduğunu deyib.

“Putin insan haqlarını tapdalayır və bu, ABŞ Prezidenti Donald Trampa da təhqirdir”, - Vadepul bildirib.

Almaniya xarici işlər naziri Trampın Putini danışıqlar masasına oturtmaq üçün ciddi səylər göstərdiyini, amma Ukraynaya son kütləvi hücumların Putinin bu səylərə təhqiredici cavabı olduğuna eyham vurub.