BAKI, 24 may. TELEQRAF
Türkiyənin “Baykar” şirkəti “Bayraktar Kızılelma” reaktiv pilotsuz uçuş aparatının (PUA) dördüncü prototipini sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, PUA Ukrayna Konstruktor Bürosunun istehsal etdiyi Aİ-322F mühərriyi ilə təchiz edilib.
Sınaqlar AKINCI uçuş-təlim sınaq mərkəzində keçirilib.
Xatırladaq ki, Türkiyənin “Baykar” və Ukraynanın "İvçenko-Proqress" şirkətləri arasında Ukrayna istehsalı olan mühərriklərin inteqrasiyası haqqında müqavilə 2021-ci ildə imzalanıb.