BAKI, 22 may. TELEQRAF

Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilatın müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti iştirak etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “BBC Türkçe” məlumat yayıb.

“Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ev sahibi Macarıstanın qatıldığı Zirvə görüşünə TDT-nin müşahidəçi üzvü statusuna malik Şimali Kiprin qatılmaması diqqət çəkib. Rəsmi açıqlama verilməsə də, Macarıstanın Avropa İttifaqı, Kipr Respublikası (adanın yunan tərəfi) və Yunanıstanın reaksiyalarından yayınmaq üçün Şimali Kipr Türk Cümhuriyyətinin lideri Ersin Tatarı dəvət etməkdən çəkindiyi düşünülür”, - məlumatda deyilir.

Qeyd edək ki, Zirvəyə ev sahibliyi edən Macarıstan da Türk Dövlətləri Təşkilatının müşahidəçi statuslu üzvüdür.