​BAKI, 18 may. TELEQRAF

Portuqaliya apreldə Pireney yarımadasında kütləvi elektrik kəsintisindən sonra Fransaya təzyiq etmək üçün Avropa Komissiyasına müraciət edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Səbəb olaraq Fransanın İspaniyaya az elektrik enerjisi verməsi göstərilir. Portuqaliya hökuməti hesab edir ki, Fransanın və İspaniyanın enerji sistemləri arasındakı zəif əlaqə Portuqaliyaya Avropa İttifaqının enerji bazarına çıxmaqda maneə yaradır və yarımadanı fövqəladə hallar zamanı çətin vəziyyətə salır.