BAKI, 6 may. TELEQRAF
Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts mayın 6-da Bundestaqda Almaniya kansleri seçkilərində səsvermənin ikinci turundan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bu halda mayın 6-da yeni kansler seçilməyəcək. Fridrix Mertsin mayın 7-də planlaşdırdığı bütün xarici səfərləri buna görə sual altındadır. O, sabah Almaniyanın yeni kansleri kimi Fransaya, oradan da Polşaya getmək niyyətində idi.
Beləliklə, yeni kansler seçilənədək hazırkı hökumət başçısı Olaf Şolts vəzifəsinin icrasını davam etdirəcək.
***
12:37
Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaqda kifayət qədər səs toplaya bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin spikeri Culiya Klokner məlumat verib.
Mertsi 310 deputat dəstəkləyib, seçilmək üçün tələb olunan səslərin sayı isə 316-dır.
Almaniya Sosial Demokrat Partiyası (CSU) və CDU blokunun fraksiyaları Bundestaqda 328 yer tutur.