BAKI, 21 aprel. TELEQRAF
Almaniya hökuməti “Eurofighter” döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoymayıb.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
“Almaniya hökumətinin “Eurofighter”lərin satışına veto qoyması ilə bağlı Ankaraya rəsmi bildiriş göndərilməyib. Bu, təyyarə istehsal edən ölkələrin konsorsiumudur, danışıqlar Almaniya ilə yanaşı, Böyük Britaniya, İspaniya və İtaliya ilə də aparılır. Britaniya ilə davam edən danışıqlarda Almaniyanın veto qərarı verdiyi barədə heç nə deyilməyib, hansısa problemin olduğuna dair bir rəsmi bildiriş yoxdur”, - məlumatda deyilir.
Xatırladaq ki, Almaniya mediası bundan əvvəl Olaf Şolts hökumətinin “Eurofighter” döyüş təyyarələrinin Türkiyəyə satışına veto qoyduğunu iddia etmişdi. Qərarın İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs olunması səbəbindən verildiyi deyilmişdi.