
BAKI, 14 aprel. TELEQRAF
"Avropa İttifaqı (Aİ) təcili olaraq Ukraynanı silahla təmin etməli və Moskvaya təzyiqləri artırmalıdır. Çünki Rusiya lideri Vladimir Putin indi dayandırılmasa, müharibəni Avropanın dərinliklərinə aparacaq".
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
XİN rəhbəri vurğulayıb ki, Rusiyaya qarşı ümumi strategiya güzəştlərdən yox, daha da güclənmək, özünü təmin etmək və liderliyi üzərinə götürməkdən ibarət olmalıdır.
“Putin Ukraynada dayandırılmasa, Avropaya – sizin evlərinizə daha da yaxınlaşacaq. Bu, reallıqdır. Sizin ölkələrinizin heç vaxt yaşayış məhəllələri və ya uşaq bağçalarına kasetli ballistik raket zərbələri görmələrini istəmirik. Bu səbəbdən sülhə nail olmaq, Ukraynanı gücləndirmək və Moskvaya təzyiqi artırmaq üçün indi hərəkətə keçmək lazımdır”, - Sibiqa vurğulayıb.