
BAKI, 12 aprel. TELEQRAF
Rusiya Hərbi Hava Qüvvələri gecə saatlarında Ukrayna ərazisinə 88 ədəd “Şahid” hücum PUA-sı (İran istehsalı) atıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hava hücumu Ukraynanın aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən dəf edilib. Ölkənin şərqi və mərkəzində 56 “Şahid” tipli PUA məhv edilib.
Rusiyanın hücumundan Xarkov, Kiyev, Odessa, Dnepropetrovsk və Donetsk vilayətləri zərər çəkib.