BAKI, 9 aprel. TELEQRAF
Fransa və Böyük Britaniya Odessaya (Ukraynanın vilayəti – red.) hərbi müdaxilənin parametrlərini hazırlayır.
Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu planın iki ölkənin Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə olunduğunu iddia edib.
Diplomat xatırladıb ki, aprelin 4-5-də Kiyevdə Ukrayna, Britaniya və Fransanın Baş Qərargah rəislərinin görüşü keçirilib.
“Müzakirələr mahiyyət etibarı ilə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya Fransa-Britaniya müdaxiləsinin parametrləri ilə bağlı olub”, - Zaxarova vurğulayıb.