BAKI, 16 mart. TELEQRAF

Serbiyanın paytaxtı Belqradda etiraz aksiyası zamanı insidet yaşanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Departamentdən bildirilib ki, etirazçılar iğtişaş törətmək məqsədilə polis əməkdaşlarına hücum ediblər. Qeyd olunur ki, zorakı müdaxilədən əvvəl etirazçılara son xəbərdarlıq edilib.

Bundan başqa, etirazçılar şəhər şurası binasına fişənglər atmağa başlayıblar.

Qeyd olunur ki, axşam saatlarında maskalı gənclərdən ibarət qruplar Serbiya paytaxtının küçələrində toplaşmağa başlayıb.

Xatırladaq ki, ölkədəki etirazlara 2024-cü ilin noyabrında Novi Sad qatar stansiyasında 15 nəfərin ölümü ilə nəticələnən tavanın uçması səbəb olub.