
BAKI, 12 mart. TELEQRAF
Türkiyə Ukraynada ədalətli sülhün əldə olunmasında mühüm rol oynaya bilər.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Türkiyənin rolu (müharibənin dayandırılması məsələsində - red.) həm bu ölkənin potensialını, həm də regionda, xüsusən də Qara dənizdə oynadığı rolu nəzərə alsaq, son dərəcə vacibdir. Türkiyə Avropa qitəsində ən böyük ordulardan birinə malikdir. Əlbəttə, gələcək razılaşmalar kontekstində Ukraynada ədalətli və əhatəli sülhə nail olmaq üçün bu rol mütləq olacaq”, - diplomat bildirib.
Sibiqa xatırladıb ki, məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2022-ci ildə Qara dənizdə taxıl dəhlizi yaradılıb.
“Türkiyə hərbi əsirlərin azad edilməsi prosesində də fəal iştirak edib və buna görə minnətdarıq”, - Ukrayna xarici işlər naziri əlavə edib.