BAKI, 7 mart. TELEQRAF

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla mübahisə zamanı onun ukraynalı həmkarı Volodimir Zelenski bir dənə də səhvə yol verməyib və Kiyev buna görə Vaşinqtondan üzr istəməyəcək.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

“O həm forma, həm də məzmun baxımından tamamilə haqlı idi, amerikalı tərəfdaşlarımıza əsas ideyanı çatdırmağa çalışırdı: Rusiyaya təzyiq olmadan heç bir iş görülməyəcək. Moskvadan könüllü güzəştlərə ümid bəsləməklə müsbət nəticə əldə etmək mümkün deyil. Rusiya məcbur edilmədən, sülh danışıqları mümkünsüzdür. Buna görə də olmamış bir səhv üçün üzr istəməyəcəyik”, - Ukrayna rəsmisi vurğulayıb.