
BAKI, 28 fevral. TELEQRAF
Moldova hökuməti Rusiyanın yeni səfiri üçün akkreditasiya prosesini Kremlin "qeyri-dost addımları səbəbindən" təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə Moldova xarici işlər naziri Mixay Popsoy məlumat verib.
Popşoy Rusiya səfiri Oleq Ozerovun işğal edilmiş Dnestryanı bölgəsinə yanvar ayındakı səfərini tənqid edib. Nazirin sözlərinə görə, bu səfər Moldova və Rusiya arasında anlaşma və münasibətlərin yaxşılaşmasına heç bir töhfə vermir.
Popşoy qeyd edib ki, Kişinyov bəzi xarici səfirlərin Dnestryanıya separatçı rejimin nümayəndələri ilə görüşlər üçün icazə almadan səfər etməsi ənənəsini təşviq etmir.
O xatırladıb ki, Ozerov hələ akkreditasiyadan keçmədiyi üçün rəsmi görüşlər keçirə bilmir.