![](https://teleqraf.az/storage/2025/02/08/715x378/owl_detail_240_bc124caf614942cc9932259b53b1cb47.jpg)
BAKI, 8 fevral. TELEQRAF
Almaniya kansleri Olaf Şolts Rusiya və Çini Qrenlandiya üçün təhdid adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli "RND" telekanalına müsahibəsində bildirib.
“Sərhədləri zorla dəyişdirmək olmaz. Bu prinsip hər kəsə şamil edilməlidir. İqlim dəyişikliyi Arktika bölgəsini yenidən formalaşdırır. Çin və Rusiya yeni nəqliyyat marşrutları açır. Məncə, biz NATO-nun Qrenlandiyada mövcudluğunu artırmalıyıq" - kansler deyib.