BAKI, 17 sentyabr. TELEQRAF

“Bəşəriyyət son dərəcə çətin və mürəkkəb bir dövrdən keçir”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

“Bəşəriyyət son dərəcə çətin və gözlənilməz bir dövr yaşayır. Dünyada geosiyasi, iqtisadi və sosial qeyri-sabitlik artır. Yer üzündə müşahidə olunan iqlim dəyişikliyi, su qıtlığı və pandemiya səbəbindən ağır və çətin sınaqlar ortaya çıxır”, - prezident qeyd edib.

Mirziyoyev bildirib ki, 2015-ci ildən bəri qlobal iqtisadi artım əvvəlki onillikdən yavaşlayaraq orta hesabla 3 faiz təşkil edib:

“Nəticədə, beş il əvvəl dünyada 650 milyon insan yoxsulluq içində yaşayırdısa, bu gün bu rəqəm 800 milyonu ötüb. Bu vəziyyət bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan, bütövlükdə dünya ictimaiyyətindən yeni və təxirəsalınmaz vəzifələr qoymağı və onların həlli yollarını tapmaq üçün təcili qərarlar qəbul etməyi tələb edir”.