|
Avropa Liqasının "pley-off" mərhələsinə yekun vurulur.
8 il müddətinə azadlıqdan məhrum edilmiş güneyli fəal Səid Mətinpurun İran vaxtı ilə gecə saat 10-00 radələrində saxlandığı Evin həbsxanasında azadlığa buraxıldığı bildirilir.
Son vaxtlar manatın ikinci dəfə devalvasiyasının baş verəcəyi, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin yenidən bahalaşacağı ilə bağlı xeyli sayda ekspert rəyi səslənməkdədir. Maraqlıdır, manatın növbəti dəfə məzənnədən düşməsi və yeni qiymət artımı dalğası cəmiyyətdə sosial partlayış təhlükəsini tətikləyə, xalqın açıq etirazına səbəb ola bilərmi? Ümumiyyətlə, cəmiyyətin hələ də sosial-iqtisadi yaşamın günbəgün artan ağırlığına səssizcə dözməsi nə ilə bağlıdır?
Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı əməliyyatlardan sonra böyük itkilər verən PKK terror təşkilatında qorxu havası yaranıb. ANS PRESS-in məlumatına görə, son 3 həftədə 150-yə yaxın qırıcı ilə həyata keçirilən əməliyyatlar zamanı 400 terrorçu zərərsizləşdirilib, 200-ü ağır olmaqla 400 terrorçu yaralanıb. Əməliyyatlardan sonra terror təşkilatının üzvləri can qorxusu ilə təşvişə düşməyə başlayıblar.
Mirmahmud Mirəlioğlu: “Daha çox namizədlərlə deyil, daha güclü namizədlərlə seçkidə iştiraka üstünlük verəcəyik”
"Hazırkı şərtlər daxilində Türkiyə hökumətsiz buraxılmamalıdır". "Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı yazılı açıqlamasında bildirib.
Azərbaycanın bugünkü inkişafı artıq enerji resurslarından yox, qeyri-neft sektorundan asılıdır.
“Qardaş Türkiyədə baş verənlər son 13 ildə aparılan siyasətin məntiqi nəticəsi olaraq meydana çıxıb. Əlbəttə, bu həm də aparılan siyasətin yanlış olmasının nəticəsidir. Bu məsələnin kökündən həll etmək imkanı olduğu zaman beynəlxalq güclərin hesabına həll edilməyib. Həm PKK, həm də onun HDP-si ortadadır. Bu reallıq 30 ildən artıqdır ki görünür. Amma məhz ilk dəfə Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə PKK-nın siyasi qolu bu qədər güclənə, siyasiləşə və önəm daşıya bildilər. İndi də parlamentə daxil olublar. Ən azından hakimiyyət etiraf etməlidir ki, indiki problemin əsasını onların apardığı siyasət qoyub”.
Azərbaycanın Daxili Qoşunlarının sabiq komandanı, tanınmış siyasətçi Fəhmin Hacıyev infarkt keçirib.
“Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti şəxsən Türkiyənin Rusiyadakı səfirinə bildirib ki, Türkiyə İŞİD-i himayə etməyi dayandırmayana qədər diplomatik əlaqələr bərqərar olunmayacaq.