Mirmahmud Mirəlioğlu: “Daha çox namizədlərlə deyil, daha güclü namizədlərlə seçkidə iştiraka üstünlük verəcəyik”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlunun müsahibəsini təqdim edirik.

- Mirmahmud Ağa, KXCP-nin III Qurultayının başa çatmasından 14 gün keçib. Qurultayın nəticələrini necə qiymətləndirirsiniz?

- Məncə, bunun qiymətini bizdən daha çox qurultayda iştirak edən qonaqların həm təbriki, həm tərkibi, həm də məsələlərə yanaşması ortaya qoyur. Qurultaya gələn təbriklərdə qurultayı daha doğru qiymətləndirə bilər. Əlbəttə ki, öncədən təbii şəraitə, vəziyyətə, havaya baxmayaraq qurultayın alınması çox önəmlidir. Deyə bilərik ki, qurultay alındı. Məncə, bizim işçi bir qurultayımız oldu, həm də uğurlu oldu və ilin-günün bu vaxtında bunu keçirə bildik. Təbii ki, çətin proses idi, amma öhdəsindən gəldik.

- KXCP İdarə Heyəti, sədrin müavinləri, Ali Məclisin sədri və müavinləri formalaşıb. Biz KXCP-də hansı yeniliklərin olduğundan danışa bilərik?

- Bizim ilk İdarə Heyətimizin toplantısı üç gün əvvəl baş tutub. Bizdə durumu dəyərləndirmişik, qurultayın nəticələrini müzakirə etmişik. Hələlik qurultayın nəticələri ictimaiyyətə tam və sona qədər çatdırılmayıb. Bunlar həftə sonuna qədər çatdırılacaq. Təbii ki, ilk toplantı zamanı qərarlarımızın, qətnamələrimizin, müraciət və bəyanatlarımızın müzakirəsini davam etdiririk. Əgər demək mümkünsə, bu ağır şəraitdə bütün parametrləri ilə maliyyə imkanlarının, siyasi durumun, havaların anormal istiliyinə baxmayaraq qurultayın avqustun 1-də alınması həm də qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin, öncəki İdarə Heyətinin fəaliyyəti nəticəsində olub. Yəni bu yük onların çiynində gəlmişdi. Odur ki, siz dediyiniz dəyişiklik azdır.

- Niyə azdır?

- Ancaq bu yaxınlarda heyət dəyişikliyi görünəcək və sizdə bunu görəcəksiniz. Hələlik ancaq yeni bir müavin təyin edilib. Nizami Ələkbərov ictimai əlaqələr üzrə müavin postuna gətirilib. Qalan müavinləri yerindədir. Belə demək mümkünsə rəhbərlik, konkret olaraq İdarə Heyətinin tərkibi dəyişməyib. Ancaq heyət dəyişikliyi çox yaxında baş verəcək. Özümüzdə, cəmiyyətimizdə, xalqımızda bunun şahidi olacağıq.

- Partiyanın İdarə Heyətində, Ali Məclisdə, digər strukturlarda yenilik olmalı, partiya gənləşməlidirmi?

- Təbii ki, partiya gəncləşməlidir. Amma gənclərimizin geri durmaq məsələsi, bütövlükdə gəncliyimizin məsələlərə bir astagəl baxışı var. Amma mütləq və mütləq partiya gəncləşməlidir.

- Qurultay sizi sədr seçib. Seçkilərdən sonra KXCP sədrinin əsas məqsədi və vəzifəsi nədir?

- Təşkilatımızı parlament partiyasına çevirmək, qarşıdan gələn Milli Məclis seçkilərində iştirak etmək qarşımızda duran vəzifədir. Ancaq Azərbaycan ictimai-siyasi həyatında öz sözümüzü demək, təşkilat kimi güclənmək, dövlət-millət qarşısında olan vəzifələrin yerinə yetirilməsində iştirakçı olmaq, problemlərin həllinə yardımçı olmaq. Bütün bunlar bizim vəzifəmiz və məqsədlərimizdir.

- Qurultaydan sonra KXCP-nin hakimiyyət və müxalifətlə münasibətlərində hansı yeniliklər olacaq?

- Əslində bu yenilikləri qurultay özü göstərdi. İlk dəfə idi ki, Azərbaycan siyasi tarixində, son 25 il ərzində KXCP qeyri istinadsız olaraq bütün siyasi qüvvələrə eyni məsafədən baxdı, hakim partiyadan tutmuş müxalifət ön üzvlərinə qədər hər kəsi qurultayına dəvət etdi. Eyni zamanda hər kəs də, qurultaya və KXCP-yə münasibətini ortaya qoydu.

- Deyəsən hakim partiya və özünü əsas müxalifət partiyası kimi təqdim edən AXCP və Milli Şuradan qurultaya gələn olmadı...

- Bəlkə də, bu suala onların özünün cavab verməsi daha doğru olar. Mənə elə gəlir ki, hər kəsin gücü, dözümü və cəsarəti çatmazdı ki, KXCP-nin ali orqanında eşitməli olacaqlarını eşitsin. Bəlkə də bundan narahatçılıq var idi. Ona görə də, bu məsələdə siz dediyiniz nəticə oldu. Mümkündür ki, kimsə obyektiv səbəblərdən iştirak edə bilmədi. Bəzi dostlarımız, millət vəkilləri, siyasi partiya sədrləri, ictimai şəxslər, ziyalılar vardı ki, onların dəvətini şəxsən özüm birbaşa etmişdim. Lakin Bakıda olmadıqları üçün qurultayda iştirak edə bilmədilər. Qurultay zamanı bəzilərinin adını da çəkdik. Onlarda qurultayımızı təbrik etmişdilər. Ola bilsin ki, siz nəzərdə tutduğunuz şəxslərində bəziləri Bakıda olmadıqları səbəbindən qurultayda iştirak edə bilməyiblər və s. Amma hər halda bu bir münasibət idi. Bundan sonra da, münasibətimiz adekvat olacaq.

- KXCP ötən ildən başlanan hakimiyyət-müxalifət dialoquna necə yanaşacaq, siz bu dialoqun davam etməsində maraqlısınızmı?

- Biz bu prosesin davam etməsinin tərəfdarıyıq, bu prosesin təşəbbüskarı olmuşuq. Təşkilatçılıq prosesini Azərbaycan hökuməti, Prezident Administrasiyası həyata keçirir. Proses qarşılıqlı razılaşma əsasında aparılır. İndi əgər davam etdirmək istəyəcəklərsə, bizdə buna müsbət yanaşıb davam etdirəcəyik. Yox, davam etdirmək niyyəti olmayacaqsa, bu zaman prosesi zorla davam etdirmək mümkün deyil. Bu işin təşkilatçısı Prezident Administrasiyasıdır. Əgər onlar maraqlı olacaqsa, davam etdirəcəklər. Bütün hallarda seçkidən əvvəldə, sonrada bu məsələ o qədər aktuallıq kəsb edəcək ki, indi bu məsələdə astagəllik edənlər, dialoqun əleyhinə olanlar bu tədbirlərin keçirilməsi üçün əllərindən gələni edəcəklər. Dialoqa gəlməyənlər qaça-qaça gələcəklər.

- Qurultayınız həm də seçkilərə hazırlıq kimi qiymətlənddirilə bilər. KXCP qarşıdan gələn parlament seçkilərinə hazırlıq, namizədlərin müəyyən olunması, seçkidə iştirak formatı haqqında nə düşünür?

- Bu barədə KXCP olaraq düşüncələri artıq reallığa çevirmişik. KXCP və müttəfiqləri “Azadlıq-2015”Seçki Bloku formalaşdırıblar, addım-addım seçki işlərini görürlər. Qanunun imkan verdiyi, Seçki Məcəlləsinə uyğun olaraq işlərimizi görürük. Təbii ki, seçkilərə rəsmən start verildikdən sonra da, addımımızı atacağıq. Biz seçkilərə hazırıq. Eyni zamanda seçki öncəsi normal atmosferin yaradılması, seçki komissiyalarının tərkibi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi də gündəmdə duran məsələlərdəndir.

- KXCP “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalar içərisində ən güclüsüdür. Hazırda blok daxilində namizədlər müəyyən edilir. Blokda olan ən güclü partiyanın neçə namizədi olacaq?

- Təbii ki, blok daxilində namizədlər siyahımızı müəyyən etməklə məşğuluq. Ola bilsin ki, bu dəfə taktikamız dəyişəcək. Başqa sözlə, daha çox namizədlərlə deyil, daha güclü namizədlərlə seçkidə iştiraka üstünlük verək. Bu, ola bilər. Ancaq indilikdə dairələr üzrə namizədlərin müəyyən edilməsi prosesi davam edir. Bizim üçün etikadan kənar olardı ki, KXCP müttəfiqləri ilə müzakirə etdiyi məsələləri həm də media ilə müzakirəyə çıxarsın. Şübhəsiz ki, zamanı gələndə açıqlanacaq və kimin nə qədər namizədi olacağı da bəlli olacaq.

- Sizcə, blokda əsas qarşıdurma “kimin nə qədər namizədi olmalıdır” mövzusu ətrafında olmayacaqmı?

- Hər şeyi zaman göstərəcək. Çox yaxın zamanlarda hər şey ortada olacaq.

- Qurultayınızda türkmənlərlə bağlı qətnaməniz olub. Niyə məhz türkmənlərlə bağlı?

- Türk dünyasının problemlərinə sahib durmalıyıq. Hər yerdə olan problemlərə sahib çıxmalıyıq. Təbii ki, burada Türkiyə Cümhuriyyətinin müstəsna rolu var, MHP-nin xüsusi rolu olmalıdır. Biz onların qurultayında iştirak edəndə də, bu tezislərlə çıxış etmişik. Zamanında Alparslan Türkeşin, Əbülfəz Elçibəyin bu istiqamətdə atdığı addımlar, Bütöv Azərbaycan, doğu Türküstan problemi var. Bütün bunların hamısı da, türk və müsəlmanın başı üzərindədir. Ona görə də, bu məsələ çox ciddi məsələdir. Biz hesab edirik ki, bu həm də bizim doğma və milli problemimizdir. Odur ki, bu məqam xüsusilə qeyd edilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, istər Güney Azərbaycanda, istər Suriyada, istər İraqda, istərsə də, doğu Türküstanda türk mənşəli insanların çəkdiyi əziyyəti kimsə çəkməyib. Ona görə də, qiymətləndirmədən başqa, bizim indiki vəziyyətdə işimiz bu olardı ki, onların haqlarını, apardıqları mübarizəni dəstəkləmək və qoruyaq. Əsas işimiz budur. Qalan daxili işlərində, dövlətlərarası işlərdə və s bizim dövlətimizdə ümum dövlət mövqeyindən çıxış etməlidir. Biz də müxalifət olaraq hesab edirik ki, onların haqlarını müdafiə etməliyik, bu bizim həm də borcumuzdur. Və oradakı tənqid ediləcək daxili işləri də tənqid etməliyik. Təbii ki, bəzi daxili işləri onların öz öhdəsinə buraxmalıyıq və hesab edirik ki, onların seçimlərinə hörmətlə yanaşmalıyıq. 

- Türkiyədə durum getdikcə pisləşir, İŞİD bu ölkəni hədəfə almış kimi görünür, PKK terror aktları həyata keçirir. Bu durumu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, indi qardaş Türkiyədə baş verənlər son 13 ildə aparılan siyasətin məntiqi nəticəsi olaraq meydana çıxıb. Əlbəttə, bu həm də aparılan siyasətin yanlış olmasının nəticəsidir. Bu məsələnin kökündən həll etmək imkanı olduğu zaman beynəlxalq güclərin hesabına həll edilməyib. Həm PKK, həm də onun HDP-si ortadadır. Bu reallıq 30 ildən artıqdır ki, görünür. Amma məhz ilk dəfə Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə PKK-nın siyasi qolu bu qədər güclənə, siyasiləşə və önəm daşıya bildilər. İndidə parlamentə daxil olublar. Ən azından indi hakimiyyət etiraf etməlidir ki, indiki problemin əsasını onların apardığı siyasət qoyub. Eyni zamanda son seçkilər zamanı əldə etdikləri “qələbə” Türkiyəni böyük bir uçurumun kənarına çıxarıb. Bəzi hallarda Türkiyə bu uçurumun içərisindədir. İndi də ağılla bu uçurumdan çıxmaq lazımdır. Məncə, güc tapıb çıxacaqlar da.

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti