|
Azərbaycanın bugünkü inkişafı artıq enerji resurslarından yox, qeyri-neft sektorundan asılıdır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə prezident İlham Əliyev Siyəzən rayonunda yeni turizm obyektinin açılışındakı nitqində bildirib.
İ.Əliyev deyib ki, bu səbəbdən dövlət turizm, aqrar-sənaye kompleksi kimi sferalara xüsusi diqqət göstərəcək.
“Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da yüksək templərlə inkişaf etməlidir”- deyə prezident dünya bazarlarında neftin kəskin ucuzlaşmasına toxunaraq bildirib.
Dövlət başçısı turizmin inkişafında infrastrukturun mühüm əhəmiyyət kəsb etdiyini, ölkənin şəhərlərində Bakıdakı kimi müasir infrastrukturun yaradılmasının vacibliyini də qeyd edib.