|
Azərbaycanın Daxili Qoşunlarının sabiq komandanı, tanınmış siyasətçi Fəhmin Hacıyev infarkt keçirib.
Bu barədə musavat.com-a hazırda Ukraynada olan müxbirimiz Aygün Muradxanlı bilgi verib. O yazır ki, başqa şəhərlərdə olsalar da (A. Muradxanlı Lvovda, Fəhmin Hacıyevsə Kiyevdədir), F. Hacıyevin qəfil xəstələnməsi xəbərini ala bilib.
A. Muradxanlı yazır ki, F.Hacıyevlə 2 gün öncə Kiyevdə görüşərkən onun durumu yaxşı idi, infarkt qəfildən baş verib, dünən bütün gecəni həkimlər çalışıb ki, sabiq komandan komaya düşməsin. Hazırda F. Hacıyevin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.
Müxbirimiz F. Hacıyevin dostları tərəfindən çəkilən son fotosunu da musavat.com-a yollayıb.
"Yeni Müsavat" Media Qrupu Azərbaycanın dəyərli övladı Fəhmin Hacıyevə şəfa diləyir.