Son vaxtlar manatın ikinci dəfə devalvasiyasının baş verəcəyi, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin yenidən bahalaşacağı ilə bağlı xeyli sayda ekspert rəyi səslənməkdədir. Maraqlıdır, manatın növbəti dəfə məzənnədən düşməsi və yeni qiymət artımı dalğası cəmiyyətdə sosial partlayış təhlükəsini tətikləyə, xalqın açıq etirazına səbəb ola bilərmi? Ümumiyyətlə, cəmiyyətin hələ də sosial-iqtisadi yaşamın günbəgün artan ağırlığına səssizcə dözməsi nə ilə bağlıdır?

Moderator.az xəbər verir ki, bununla bağlı "Hürriyyət" qəzetinə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu sosial partlayışla bağlı irəli sürüln ehtimalların reallığına inanmadığı vurğuladı. Partiya sədrinin qənaətincə, manatın yüzdəyüz devalvasiyası belə Azərbaycan cəmiyyətini hərəkətə gətirməyə qadir deyil:

“İllər uzunudur ki, cəmiyyətdə sosial partlayışın baş verəcəyi ilə bağlı xeyli proqnozlar verilib, lakin bu proqnozların heç biri reallaşmayəb. Buna görə də, bu məsələyə bir qədər fərqli yanaşmağın tərəfdarıyam. Bildiyiniz kimi, bir müddət öncə manat 33-35% miqyasında devalvasiyaya məruz qaldı. Lakin cəmiyyət baş verənlərə cüzi də olsa etiraz bildirmədi. Bu gün manat hətta 100% devalvasiyaya məruz qalsa belə, cəmiyyətdə heç bir sosial partlayış olmayacaq. Azərbaycan cəmiyyəti söz verib ki, nə olursa-olsun baş verənlərə dözəcək və öz həyatını etirazsız şəkildə davam etdirəcək. Görünən odur ki, cəmiyyətdə artıq bu cür yaşam tərzinə bir vərdiş formalaşıb. Təsəvvür edin ki, günün-günorta vaxtı vətəndaş öz evində yanır, onun ailə üzvləri yanaraq həlak olur. Lakin o, bütün baş verənlərə görə səsini çıxartmır, öz hüququnu tələb etmir. Əksinə, kimsə, hansısa partiya və ya təşkilat onun hüququ uğurunda bir addım atanda buna ilk etiraz edən də həmin vətəndaşın özü olur. Həmin şəxs dərhal bildirir ki, “mənim işimi siyasiləşdirməyin”. Halbuki, bu şəxsin ailə üzvləri həlak olub, həyatında faciə baş verib. Lakin buna baxmayaraq iddia edir ki, olayı siyasiləşdirməyin. Halbuki, burada nəyisə siyasiləşdirməyə lüzum da yoxdur. Sadəcə olaraq, vətəndaş öz haqqını tələb etməlidir. Təhlükəsiz yaşam hüququnun pozulmasına görə etiraz etməli, günahkarların cəzalandırılmasına nail olmalı, bu istiqamətdə mübarizə aparmalıdır. Çünki bu insanlar durduğu yerdə, öz evlərində od tutub yanıblar. Hətta hökumətin özü az qala etiraf edir ki, bəli, bu məsələdə yanlışlığa yol verilib, binalara təhlükəli üzlüklər çəkilib, bunu edənlər məsuliyyətə cəlb edilməlidir və s. Ancaq əsl səsini çıxartmalı olan şəxs dillənmir”.

M.Mirəlioğlunun fikrincə, bu gün Azərbaycan cəmiyyətinin düşdüyü vəziyyət olduqca ağır və acınacaqlıdır:

“Bu gün Azərbaycan cəmiyyəti həqiqətən də qəribə bir vəziyyətdədir. Hansı ki, bu qəribəliyin səbəbini izah eləmək mümkün deyil. Bəlkə biz doğru yolda deyilik, doğru yolda olan elə cəmiyyətdir? Hesab edirəm ki, cəmiyyətin özü də bir az zəhmət çəkib fikirləşməlidir ki, o, artan bahalığa, manatın devalvasiyasına fikir bildirmək, bununla bağlı mövqe ortaya qoymaq istəyir, ya yox?”.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti