BAKI, 7 yanvar. TELEQRAF
Bakının Sabunçu rayonunda mağazada satıcısı ilə mübahisə yaradan 34 yaşlı kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü F. Canıyev sərxoş vəziyyətdə marketə gəlib və içkili vəziyyətdə təhqiramiz sözlər işlədib.
O, səs-küy salmağa cəhd edib və əraziyə gələn polis əməkdaşınının qanuni tələblərinə tabe olmayıb.
Canəyev 14-cü Polis Şöbəsinə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol yazılıb.
İzahat verən Canıyevin sözlərinə görə, polis əməkdaşına qarşı hər hansı tabesizlik göstərməyib: “Sadəcə həmin gün içkili olduğumdan mağazada işləyən satıcı ilə mübahisə etmişəm. Törətdiyim əməldən peşmanam”.
O bildirib ki, himayəsində üç azyaşlı övladı var.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Canıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat məbləğində cərimə edilib.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə işə xitam verilib.