BAKI, 14 iyul. TELEQRAF

"Caspian Hospital"da oftalmoloq işləyən Cahid Şahbazovun barəsində cinayət işi başlanıb.

Teleqraf-ın xəbərinə görə, Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmaların sonunda Cahid Şahbazovun barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb.

Qeyd edək ki, Humay Əliyeva adlı xanım C.Şahbazov tərəfindən səhv əməliyyat edildiyini bildirib və sol gözünün kor olduğunu deyib.