YEVLAX, 28 mart. TELEQRAF

Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hazırda 5 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.

***

12:20

Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.

Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb. .

***

10:44

Yevlaxda minik avtomobili mikroavtobusla toqquşub, yaralananlar var.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib.

"VAZ 2106" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Əldə edilən ilkin məlumata görə, mikroavtobusun sərnişinləri işə gedən tibb bacıları olub və 6 yaralı xəstəxanaya aparılıb. Mikroavtobusdakı tibb işçiləri işdən evə dönən Yevlax xəstəxanasının əməkdaşları olub.

Faktla bağlı araşdırma aparılır.