Bakının Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.