"Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb".

Bunu Teleqraf.com-a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır: "Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüqüqazidd hal yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə hüquqşünas İlham Təhməzovun "Tərtər işi"nə görə həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdı.