BAKI, 5 iyun. TELEQRAF

Geologiya İnstitutunda yeni təyinat kollektivə təqdim edilib.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyinin direktoru Ülkər Səttarova Elçin Vəliyevi İnstitutun kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun elmi potensialının gücləndirilməsi, innovativ tədqiqatların təşviqi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin tətbiqi məsələləri müzakirə olunub. Həmçinin qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.

***

12:26

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.