GƏNCƏ, 4 iyul. TELEQRAF

Gəncə şəhərində hal-hazırda 300-dək aşma təhlükəsi ilə üz-üzə olan iri gövdəli ağac var.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu ağacların vətəndaşların mülkiyyətinə, eləcə də dövlət infrastrukturuna hər ziyan vurma təhlükəsi var.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birıiyindən Teleqraf-ın yerli bürosuna bildirilib ki, qurumun Yaşıllaşdırma Şöbəsi tərəfindən təhlükəli ağacların vaxtında zərərsizləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanıb.

Nəticə etibarı ilə nazirlik baş verə biləcək hadisədən öncə qəzalı vəziyyətdə olan ağacların aradan qaldırılması üçün heç bir tədbir görə bilmir.

***

21.49

Axşam saatlarında Gəncədə əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin H. Əliyev prospektində iri gövdəli ağac Azər Abdullayevə məxsus olan "VAZ2107" markalı avtomobilin üzərinə aşıb.

Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vaistəsinə ciddi ziyan dəyib.

Bundan başqa təbiət hadisəsi nəticəsində şəhərin dəmiryolçular parkında da iri gövdəli ağac aşıb.

Hazırda Gəncə şəhərində yağmurlu və küləkli hava şəraiti davam edir.

Aidiyyatı dövlət qurumları mövcud hava şəraiti ilə bağlı əhalini maksimum ehtiyatlı olmağa çağırırlar.