​BAKI, 5 may. TELEQRAF

"Macarıstanın Azərbaycana ixracının 49 faizini əczaçılıq məhsulları təşkil edir".

Teleqraf xəbər verir ki, bunu Macarıstan səfiri Tamaş Torma “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib.

O bildirib ki, birbaşa xarici investisiyalar (FDI) baxımından Macarıstan Azərbaycanda yeddinci ən böyük investordur.

Onun sözlərinə görə, Mərkəzi Avropa regionundan Azərbaycana investisiya qoyan ölkələr arasında isə birinci sıradadır:

"Macarıstanın Azərbaycanın əczaçılıq sektoruna hələ investisiya yatırmamasına baxmayaraq, əczaçılıq məhsullarının ixracda böyük payı var".

Tədbirdə çıxış edən Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andres Fittler bildirib ki, hazırda PEÇ Universitetində 30 azərbaycanlı tələbə təhsil alır. O bildirib ki, Macarıstanın ali təhsili baloniya sistemi ilə qurulub.