BAKI, 31 oktyabr. TELEQRAF
Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub.
Qərara əsasən, İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə təqsirli bilinir.
Qeyd edək ki, İslam Rzayev DTX-nın Balakən rayon icra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.