BAKI, 7 may. TELEQRAF

"Sabah Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək. İclasda mən də iştirak edəcəm. Namizədim Şəfiqə Məmmədova olacaq".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

"Siz bir müddət əvvəl Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin əleyhinə idiniz, sonra nə baş verdi" sualına cavabda Xalq artisti deyib: "Məni kino sahəsi maraqlandırır. Bu gün dövlət səviyyəsində yeganə qəbul edilən şəxs Şəfiqə Məmmədovadır. Düşünürəm ki, kinostudiyanı yalnız Şəfiqə Məmmədova xilas edə bilər".

Ə. Mahmudov səhhətindən də danışıb: "Moskvadan müalicədən qayıtmışam. İyunun ortasında yenidən gedəcəm. Özümü yaxşı hiss etmirəm. Bütün xəstəliklər bir-birinə qarışıb".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da İstanbul Memorial Xəstəxanasında vəfat edib. Bu gün mərhumun 40 mərasimidir.