BAKI, 29 yanvar. TELEQRAF
Bu il Avropa ölkələri Rusiyadan təxminən 30 milyard kubmetr qaz alacaq.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Məlumata görə, bu həcm Rusiyaya Avropa tədarükünün təxminən on faizini təmin etməyə imkan verəcək.
"2026-cı ildə Rusiyanın Avropa İttifaqına qaz idxalındakı payı 10%-dən bir qədər az olacaq. Hazırda Rusiyanın tərəfi sanksiyalara baxmayaraq Fransaya, İspaniyaya, Niderland və Belçikaya qaz tədarükünü həyata keçirir. Gözlənilir ki, digər böyük tədarükçülər Norveç, ABŞ, Əlcəzair və Azərbaycan olacaq",- məlumatda bildirilib.
Qeyd edək ki, Avropa Şurası yanvarın 26-da Rusiyadan qaz idxalına qadağa təsdiqləyib. Qadağa 2027-ci ildən etibarən enerjidaşıyıcıların tam dayandırılmasını nəzərdə tutur. Məhdudiyyətlərin tətbiqi üçün öncədən icazə proseduru aparılacaq. Yəni şirkətlər Avropa gömrük orqanlarına qazın haradan gəldiyini sübut edən sənədləri təqdim etməli olacaq.