BAKI, 12 dekabr. TELEQRAF
Bu ilin yanvar - noyabr aylarında magistral qaz kəmərləri ilə 36 milyard 303,5 milyon kub-metr qaz nəql edilib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, qaz nəqlinin 58,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 21 milyard 121,8 milyon kub-metr qaz ötürülüb.