BAKI, 5 dekabr. TELEQRAF
Noyabrda süd məhsulları qiymət indeksi əvvəlki ayla müqayisədə 3.1 faiz (4.4) azalaraq orta hesabla 137,5 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 2,4 bal (1,7 faiz) azalıb.
Qeyd edək ki, süd məhsullarının qiymətləri süd istehsalının artması və bol ixrac təklifləri səbəbindən ardıcıl beşinci ayda azalıb.
Pendir qiymətləri isə digər məhsullarla müqayisədə daha az düşsə də, pendir indeksinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz yüksəkdir.