BAKI, 5 dekabr. TELEQRAF
Noyabrda ət qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 1 bal (0.8 faiz) azalaraq 124.6 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 5,8 bal (4,9 faiz) yüksəkdir.
Aylıq azalmanın əsas səbəbi donuz və toyuq ətinin qiymətlərinin düşməsi olub.
Bundan əlavə, mal əti qiymətləri sabit qalıb, qoyun əti qiymətləri isə artıb.