BAKI, 4 dekabr. TELEQRAF
“2030-cu ildə Rusiyadan boru kəməri ilə Çinə qaz ixracı bu illə müqayisədə 1,5 dəfə artaraq 56 milyard kubmetrə çatacaq”.
Teleqraf "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın "VTB Bank"ının İdarə Heyətinin üzvü Vitali Serqeyçuk deyib.
O bildirib ki, 2030-cu ildə ümumi tədarükün 44 milyard kubmetri “Sibir Gücü” boru kəmərinin, 12 milyard kubmetri isə Uzaq Şərq marşrutunun payına düşəcək.
“Şərqə tədarüklərin artması Rusiyanın energetika sektorunda əsas struktur dəyişikliklərindən birinə çevrilir. Bu, yeni dayanıqlı ixrac kanallarını formalaşdırır və Rusiya şirkətlərinə Asiya bazarlarında mövqelərini gücləndirməyə imkan verir”, - deyə Serqeyçuk vurğulayıb.