BAKI, 23 oktyabr. TELEQRAF

Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub.

Teleqraf xəbər verir ki, bunu bunu maliyyə naziri Sahil Babayev Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirib.

"Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi Komissiyanın iclasında diqqət mərkəzində olub. Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub. Azərbaycanın Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir, həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS və Srbijagas şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq." - deyə nazir qeyd edib.